Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının rəhbər şəxsləri ilə görüş keçirilib


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının Amsterdamda yerləşən baş ofisində şirkətin rəhbər şəxsləri ilə görüşüb.

Görüşdə “Elsevier” şirkətinin nümayəndələri Azərbaycanda elmi-tədqiqat işlərinə həsr olunmuş və təhlilə əsaslanan təqdimatla çıxış ediblər. Əlavə olaraq, süni intellektdən istifadə etməklə yeni analitik təhlil alətləri təqdim olunub.

Görüş Azərbaycanda elmi-tədqiqat işlərinin təşkilinin daha da təkmilləşdirilməsi və beynəlxalq məkana inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin gələcəkdə müvafiq sahədə qərarların qəbul edilməsi baxımından görüş xüsusi önəm daşıyır.

edu.gov.az

Faydalı linklər