Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kəsr tərtibdən diferensiallama və inteqrallama və onlara aid illustrativ misal və məsələlər” mövzusunda seminar keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Kəsr tərtibdən diferensiallama və inteqrallama və onlara aid illustrativ misal və məsələlər” mövzusunda məruzə edib.

Məruzədə əvvəlcə, riyazi fizikanın və riyazi biologiyanın tətbiqi əhəmiyyətə malik olan əsas model diferensial tənlikləri və onların kəsr tərtib törəmənin köməyi ilə formal göstərilişindən danışılıb.

Sonra Riman-Liuvill və Kaputo mənada kəsr tərtibdən diferensiallama və inteqrallamaya aid illustrativ misallar nümayiş etdirilib. Kəsr tərtibli diferensial tənliklərin verilən şərtlər daxilində həllinin tapılmasına aid konkret məsələlərdən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər