“Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu 60” adlı kitabı işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu 60”  adlı kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 384 səhifədən ibarətdir. Oxuculara təqdim olunan  kitabda  institut yarandığı gündən indiyə qədər mərhələlərlə keçdiyi şərəfli tarixindən, 60 il ərzində burada çalışmış riyaziyyatçı alimlərdən, onların riyaziyyat elminə verdikləri dəyərli töhfələrdən, ölkəmizdə riyaziyyatın bir elm kimi formalaşmasında əvəzsiz xidmətlər göstərmiş insanların həyatından bəhs edilir. Kitabda eyni zamanda 60 il ərzində Azərbaycanda riyaziyyat və mexanika sahələrində elmi tədqiqatlar aparmış 200-dən çox alimin elmi nəticələri haqqında məlumat verilir.

Kitab riyaziyyat və mexanika sahələrində elmi tədqiqat aparan elmi işçilər, elm tarixi ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.