“Dəyişən dərəcəli Morri fəzalarının struktur xassələri” mövzusunda seminar keçirilib

22.11.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev Dəyişən dərəcəli Morri fəzalarının struktur xassələri mövzusunda məruzəni davam etdirib.

Məruzə dəyişən dərəcəli Morri fəzasının müxtəlif xassələrinə və bu fəzalar haqqında daxiloma teoremlərinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.