COVID-19-un daha yüngül keçməsinə səbəb olan yeni mutasiyası aşkarlanıb

Sinqapurlu mütəxəssislər yeni növ koronavirusun (COVID-19) daha yüngül infeksiyaya səbəb olan mutasiyasını aşkar ediblər.

Sinqapur mütəxəssislərinin “Lancet” jurnalında dərc olunmuş araşdırması COVID-19-un yeni mutasiyasına yoluxmuş xəstələrdə qanda oksigenin azalması və ya reanimasiyaya ehtiyac kimi klinik nəticələrin nisbətinin aşağı olduğunu göstərib. Virusun yeni variasiyasının genomunda 382 nukleotidin silindiyi bildirilib.

Alimlər araşdırma nəticələrinin COVID-19-un müalicəsi və peyvənd tədqiqatlarında istifadə edilə biləcəyini ifadə ediblər.

Bəzi mütəxəssislər virusların daha çox insana yoluxmaq üçün mutasiyaya uğradıqlarını və daha az ölümcül olduqlarını söyləyirlər.

https://www.medimagazin.com.tr/