Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək.

Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2186 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 757 nəfər (o cümlədən 42 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

© Mənbə: www.science.az