Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb


AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 19-cu nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Fransa Respublikasının prezidenti, cənab Emmanuel Makrona açıq məktubu, həmçinin akademik Ramiz Mehdiyevin Qarabağ həqiqətlərilə bağlı məqaləsinin dünya erməniliyinin mərkəzlərindən biri olan Livanda tanınmış “Əl-Məyadin” telekanalının rəsmi saytında nəşr edilməsi, AMEA Rəyasət Heyəti adından beynəlxalq elmi təşkilatlara göndərilən müraciət, akademiklər İsa Həbibbəyli və Muxtar İmanovun ordumuza dəstək çıxışları, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqovun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü, eləcə də Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılmasına dair xəbərlə tanış ola bilərsiniz.

Eyni zamanda, vəsaitdə “Fundamental səciyyəli elmi tədqiqatların müəllifi”, “Dövrümüzün ekoloji problemlərinin həllində biotexnologiyaların xüsusi rolu”, “Nizami Mueyinin müasir elmi şəkli”, “Azərbaycan florası yeni dördə: gələcəyə səyahət” sərlövhəli məqalələr, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılovla müsahibə, yeni nəşrlər və digər xəbərlər də əksini tapıb.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

© Mənbə: www.science.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    142323

  • Sağalan

    85980

  • Yeni yoluxan

    4323

  • Aktiv xəstə

    54750

  • Ölüm halı

    1593

  • Test edilib

    1,817,804

Faydalı linklər