Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır


Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaradıb.

AMEA-nın “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu istiqamətdə nəşriyyatda akademik Zemfira Səfərovanın Şuşanın 270 illiyinə həsr edilmiş “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı kitabı çapa hazırlanır. Kitabın birinci hissəsi XIX-XX əsrlərin görkəmli alimi, rəssamı və musiqişünası M.M.Nəvvab və onun musiqi haqqında önəmli risaləsi “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) haqqındadır.

Kitabın ikinci hissəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan böyük ustad-xanəndə, şuşalı Cabbar Qaryağdıoğlunun həyatı və yaradıcılığına həsr edilib.

Əsərdə Qarabağ, Şuşa şəhərinin Azərbaycan musiqisinin beşiyi olması vurğulanır, hər iki ustadın Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rolu göstərilir. Bir çox musiqiçilərimizin, xanəndə və sazəndələrimizin, görkəmli bəstəkarlarımızın, şairlərin vətəni olan Qarabağın, Şuşanın mənəvi həyatının ümumi mənzərəsinin təfsiri kitabda verilir.

© Mənbə: www.science.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    227391

  • Sağalan

    215771

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    8598

  • Ölüm halı

    3022

  • Test edilib

    2,321,592

Faydalı linklər