Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Koronavirusa “əbədi” yoluxma halları aşkarlanıb


Həkimlər koronavirusa “əbədi” yoluxma hallarını müəyyən ediblər – leykoz daşıyıcılarının bədənində virus izləri altı aydan çox müddətdə qeydə alınıb.

Bu barədə “medRxiv” portalı xəbər verir.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları virus izlərinin üç xəstənin orqanizmində altı aydan çox qaldığını müəyyənləşdiriblər. Onlardan biri gənc, digərləri isə məktəbəqədər yaşda olan oğlan və qızdır.

İmmunitet sistemi zəif olan insanların koronavirus infeksiyasına qarşı çox həssas olduqları qeyd edilir.

Daha əvvəl amerikalı alimlər II qan qrupundan olan insanlarda koronavirus infeksiyası riskinin daha yüksək olduğunu aşkarlayıblar.

© Mənbə: www.oxu.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    296374

  • Sağalan

    260193

  • Yeni yoluxan

    2163

  • Aktiv xəstə

    32104

  • Ölüm halı

    4077

  • Test edilib

    3,082,157

Faydalı linklər