Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Professor Uğur Abdullayevin 55 yaşı münasibətilə təbrik edirik!


Uğur Abdullayev 29 mart 1966-cı ildə Bakı şəhərində yazıçı Gülhüseyn Hüseyn oğlunun ailəsində dünyaya göz açmışdır.

Abdullayev Uğur Gülhüseyn oğlu – Hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində mütəxəssis, 29 mart 1966-cı ildə Bakı şəhərində anadan olmuş, 1981-ci ildə indiki Yasamal royunun 20 №-li orta məktəbi qızıl medalla bitirmişdir, 1986-cı ildə ADU-nun “Tətbiqi riyaziyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1987-1988-ci illərdə AEA-nın Kibernetika institutunun aspirantı olmuş, 1988-ci ildə həmin institutda professor Asəf İsgəndərovun rəbərliyi ilə «Численное решение задачи оптимального управления границей области для параболических уравнений (01.01.07)» mövzusunda namizədlik, 1994-cü ildə orada «Неограниченные и волновые решения нелинейных параболических уравнений (01.01.02)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1986-1987-ci illərdə AEA-nın Kibernetika İnstitutunda mühəndis kimi başlamış, aspiranturanı bitirdikdən sonra 1991-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən BDU-nun nəzdindəki Tətbiqi riyaziyyat institutuna keçmiş, orada şöbə müdiri vəzifəsində işləmişdir. 1993-1995-ci illrdə BDU-nun Tətbiqi riyaziyyat fakültəsində eyni adlı kafedranın dosenti və professoru olmuş.

Hal-hazırda Uğur Abdullayev Amerika Birləşmiş Ştatlarında “Florida İnstitute of Technology” institutunda çalışır.

İnstitutun rəhbərliyi və kollektivi Uğur Abdullayevi 55 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    509862

  • Sağalan

    481696

  • Yeni yoluxan

    2005

  • Aktiv xəstə

    21337

  • Ölüm halı

    6829

  • Test edilib

    5,069,352

Faydalı linklər