Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Qurban bayramı münasibəti ilə tədbir keçirilib


İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində Həmkarlar Təşkilatı tərəfindən daha bir humanist addım atılıb. Aztəminatlı və əlil əməkdaşlarına RMİ-nin Həmkarlar Təşkilatı tərəfindən yardım göstərilib.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    479814

  • Sağalan

    449047

  • Yeni yoluxan

    1099

  • Aktiv xəstə

    24334

  • Ölüm halı

    6433

  • Test edilib

    4,814,503

Faydalı linklər