Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər


Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı heyvan növünü uğurla oyandırdıqlarını elan ediblər. Tədqiqatın təfərrüatları Current Biology jurnalında dərc olunub. Yeni tədqiqat çərçivəsində alimlər Sibirin ekstremal soyuq iqlim şəraitində minilliklər ərzində sağ qalmağı bacarmış rotatoriləri təsvir ediblər. Bu kiçik ölçülü canlı orqanizmin əksər növü şirin sularda, digərləri isə dənizlərdə yaşayır. Bu tədqiqatı aparmış alimlər qazma texnologiyaları vasitəsilə Sibirin uzaq nöqtələrində bu cür canlı orqanizm nümunələrinin əldə olunması üzrə fəaliyyət göstərirlər. Tədqiqatda qeyd edilmiş rotatorilər 3.5 metr dərinlikdə aşkar edilib.

Tədqiqatçılar heyvanların yaşlarını təyin etmək üçün radiokarbon tarixləşdirmə üsulundan istifadə ediblər. Daha sonra sözügedən heyvanlar buz örtüyündən azad olan kimi bir-birilərini klonlaşdıraraq çoxalmağa başlayıblar. “Bizim kəşfimiz onu sübut edir ki, çoxhüceyrəli heyvanlar minilliklər ərzində anabioz vəziyyətində yaşaya bilərlər” – deyə rusiyalı tədqiqatçılardan biri qeyd edib. Onlar ekstremal şərtlər altında sağ qalmağı bacaran heyvanları müşahidə edən bioloqların maraqlarını cəlb edirlər.

https://www.m24.ru/news/nauka/

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    585783

  • Sağalan

    551724

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    26252

  • Ölüm halı

    7807

  • Test edilib

    5,521,070

Faydalı linklər