Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

AMEA Riyaziyyat və Mexanika İnstitutu YAP Ərazi partiya təşkilatının hesabat konfransı keçirilib


AMEA-nın Riyaziyyat və Mexanka İnstitutunda Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Öncə iclas iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, YAP-nın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Riyaziyyat və Mexanika İnstitutun Ərazi partiya təşkilatının sədri f.r.e.d, professor Soltan Əliyev, YAP üzvləri və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor  Misir Mərdanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən YAP-ın yaranmasından indiyə qədər keçdiyi yol, əldə olunan böyük nailiyyətlər haqqında məlumat verərək, sözügedən partiyanın həqiqətən dünənin, bu günün və sabahın partiyası olduğunu bildirib. O, təmsil olunduğu partiyanın daim yeniləşən partiya kimi Azərbaycanın min bir əziyyətlə qazanılan müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün bərpa olunmasının əsas hədəf olduğunu və buna tam nail olunduğunu diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP ötən dövrdə ümumxalq birliyinin formalaşmasında bir siyasi qüvvə rolunu oynayıb. Təşkilat sədrinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 il işğal altında olan torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb və YAP da bu reallıqlardan çıxış edərək, yeni strateji hədəflər müəyyənləşdirərək, həyata keçirir. B.Nəbiyev yeni mərhələdə partiya üzvlərinin daha fəal olmasını ölkəmizin parlaq gələcəyi naminə daha çox işlər görməyin zəruriliyini bildirib.

Sonra institutun Ərazi partiya təşkilatının sədri f.r.e.d, professor Soltan Vəliyev rəhbərlik etdiyi təşkilatın ötən dövr ərzində yerinə yetirdiyi ictimai fəaliyyət haqqında hesabat məruzəsi ilə çıxış edib.

O, Partiyanın 29-cu il dönümü,  Zəfər bayramı münasibəti ilə təşkil olunan tədbirlərdə, konfranslarda görüşlər keçirildiyini qeyd edib.

Məruzə ətrafında çıxışlar və fikir mübadiləsi olub. Müzakirələrdən sonra hesabatın yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Riyaziyyat və  Mexanika İnstitutunda Ərazi partiya təşkilatına  sədr və müavin vəzifələrinə səsvermə keçirilib. Səsvermədə təşkilat üzvlərinin yekdil qərarı ilə institutun baş direktoru, professor Misir Mərdaov İnstitutun YAP Ərazi  təşkilatının sədri, Günel İsayeva isə sədr müavini vəzifələrinə seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    599713

  • Sağalan

    569238

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22456

  • Ölüm halı

    8019

  • Test edilib

    5,633,054

Faydalı linklər