Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirildi

21 dekabr 2019-cu il tarixdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda  görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvəzökar və humanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru,  professor Qoşqar Əhmədovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qoşqar müəllimin ailə üzvləri, qohumları, tələbələri, iş yoldaşları da iştirak edirdilər. Tədbiri Azərbaycan Respublikasının əməkdar artisti, İncəsənət Universitetinin […]

AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Bakı Dövlət Universitetində görkəmli alim, tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tən­liklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov universitetin tari­xin­də xüsusi rol oynamış görkəmli […]

Görkəmli alim, hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur

Oktyabrın 25-də görkəmli alim, qayğıkeş müəllim, təvazökar və hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndin­­də zi­­yalı ailəsində anadan olmuş və boya-başa çatmışdır. Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində al­mış, V-VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta […]

“Müəllimim Qoşqar Əhmədov” adlı kitab çap olunub

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir. Kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olunmuşdur. Çox […]

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də professor Qoşqar Əhmədovun 100 iliyinə həsr olunmuş “Gələcək nəsillərə nümunə” adlı məqaləsi çap olunub

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Qoşqar Əhmədov təkrarsız insani kefiyyətlərə malik olan böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik və nikbinlik onu ətrafındakılarla doğmalaşdıran ən mühüm kefiyyətlərdən idi. O, bir şəxsiyyət kimi çox keşməkeşli həyat yaşadığından tələbələrinə müstəsna dərəcədə dərin inam bəsləyirdi ki, bu da elmi problemlərin həllində […]

AMEA-nın müxbir üzvü Qoşqar Teymur oğlu Əhmədov

25 oktyabr 1917-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat bölməsinə qəbul olmuş, o dövrün, tələbələr üçün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxumuş və 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra 1941-ci ildə Böyük Vətən müharibəsində iştirak […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər