24/12/2019
21 dekabr 2019-cu il tarixdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvəzökar və humanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qoşqar müəllimin ailə üzvləri, qohumları, tələbələri, iş yoldaşları da iştirak edirdilər. Tədbiri Azərbaycan Respublikasının əməkdar artisti, İncəsənət Universitetinin […]
03/11/2017
Bakı Dövlət Universitetində görkəmli alim, tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tənliklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov universitetin tarixində xüsusi rol oynamış görkəmli […]
24/10/2017
Oktyabrın 25-də görkəmli alim, qayğıkeş müəllim, təvazökar və hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuş və boya-başa çatmışdır. Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində almış, V-VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta […]
23/10/2017
Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir. Kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olunmuşdur. Çox […]
10/10/2017
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Qoşqar Əhmədov təkrarsız insani kefiyyətlərə malik olan böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik və nikbinlik onu ətrafındakılarla doğmalaşdıran ən mühüm kefiyyətlərdən idi. O, bir şəxsiyyət kimi çox keşməkeşli həyat yaşadığından tələbələrinə müstəsna dərəcədə dərin inam bəsləyirdi ki, bu da elmi problemlərin həllində […]
25 oktyabr 1917-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat bölməsinə qəbul olmuş, o dövrün, tələbələr üçün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxumuş və 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra 1941-ci ildə Böyük Vətən müharibəsində iştirak […]