AMEA Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 80-illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans 6-8 dekabr 2017-ci il tarixlərində AMEA Riyaziyyat və Mexanika İnstitutunda (Bakı şəhəri) keçiriləcək.

Konfransda iştirak etmək istəyənlərdən məruzə ediləcək işin tezisini 2017-ci il oktyabr ayının 31-dək STYLE faylına uyğun tex və pdf formatında confimm2017@gmail.com elektron poçtuna göndərmələri xahiş olunur. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərəcək (lakin məhdud deyil):

• Harmonik və qeyri harmonik analiz
• Funksional analiz
• Həndəsə, Topologiya və Cəbr
• Yaxınlaşmalar nəzəriyyəsi
• Xüsusi törəməli diferensial tənliklər
• Operatorlar nəzəriyyəsi və spektral analiz
• Tətbiqi analiz
• Bütöv mühit mexanikası
• Optimal idarəetmə problemləri
• Ehtimal nəzəriyyəsi və stoxastik analiz
• Riyazi fizika
• Riyaziyyatın tarixi və tədrisi metodikası

Sədr: AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov (AMEA RMİ-nin direktoru).
Sədr müavinləri:
Professor Ədalət Səmədov (Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru),
AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev (AMEA RMİ-nin elmi işlər üzrə direktor müavini).

Təşkilat Komitəsi
Asəf Hacıyev (Bakı, Azərbaycan)
Bilal Bilalov (Bakı, Azərbaycan)
Fikrət Əliyev (Bakı, Azərbaycan)
İlham Əliyev (Antaliya, Türkiyə)
Kamil Aydazadə (Bakı, Azərbaycan)
Məhəmməd Mehdiyev (Bakı, Azərbaycan)
Nizaməddin İsgəndərov (Bakı, Azərbaycan)
Qeylani Pənahov (Bakı, Azərbaycan)
Rauf Hüseynov (Bakı, Azərbaycan)
Tamilla Həsənova (Bakı, Azərbaycan)
Viktor Burenkov (Moskva, Rusiya)
Yusif Məmmədov (Bakı, Azərbaycan)

İşçi qrupu
Mehdi Məmmədov (Bakı, Azərbaycan)
Qumru Sadıqova (Bakı, Azərbaycan)
Eldar Abbasov (Bakı, Azərbaycan)
Aynurə Cəfərova (Bakı, Azərbaycan)
Zaman Səfərov (Bakı, Azərbaycan)
Tahirə Musayeva (Bakı, Azərbaycan)
Mehriban Ömərova (Bakı, Azərbaycan)
Aygün Orucova (Bakı, Azərbaycan)
Şəmsiyyə Muradova (Bakı, Azərbaycan)
Pərviz Müseyibli (Bakı, Azərbaycan)
Nemət Şıxverdiyev (Bakı, Azərbaycan)
Səbinə Salmanova (Bakı, Azərbaycan)
Günel İsayeva (Bakı, Azərbaycan)
Vüsalə Rüstəmova (Bakı, Azərbaycan)
Xumar Məhərrəmova(Bakı, Azərbaycan)

 

 

 

 

 

 

 

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.