AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda beynəlxalq uşaqlar günü münasibətilə tədbir keçirdi.

Mayın 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1 İyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə institututun Həmkarlar Təşkilatı tədbir keçirdi. Tədbirdə institut əməkdaşlarının uşaqları iştirak etdi. Uşaqların bilik və bacarıqları nümayiş etdirildi. Üç istiqamət- şeir demək, rəsm çəkmək, rəqs etmək üzrə yarışlar keçirildi. Qalib gələn balacalar medallar və hədiyyələrlə  mükafatlandırıldı.

Təbrik edirik!

Ümuminstitut seminarında, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Elmi -Texniki Informasiya Laboratoriyasi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Almas Məmmədəli qızı Hüseynbəyovanın 80 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

Təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Raisə Kazımovanın 70 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.