1.  İddiaçının ərizəsi
2.  İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 1 nüsxə
3. Dissertasiya mövzusunun və elmi rəhbərin (məsləhətçinin) təsdiq olunması haqqında protokoldan çıxarış – 2 nüsxə;
Dissertasiya mövzusunun müvafiq elm sahəsi üzrə problem şurasında qeydə alınması haqqında protokoldan çıxarış – 2 nüsxə;
4.  Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə- 2 nüsxə;
4.1. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi iddiaçısının dissertasiyasının profili üzrə ali təhsili olmadıqda həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə doktorluq imtahanının verilməsi haqqında vəsiqə- 2 nüsxə;
4.2 Pedaqoqika üzrə  fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının pedaqoji stajı haqqında arayış- 2 nüsxə.
5.  Dissertasiyanın cildlənmiş nüsxələri- zəruri sayda;
6. Avtoreferatın əlyazması (dissertasiyanın bütün nüsxələrinin titul vərəqini (Əlavə 1.5) və avtoreferatın əlyazmasının üz qabığını (Əlavə 1.7) iddiaçı imzalayır);
7. Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün ali təhsil haqqında diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş ekvivalentlik haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti – 2 nüsxə;
Elmlər doktoru elmi dərəcəsinə iddia edən şəxslər üçün fəlsəfə doktoru  diplomunun (elmi dərəcəsini xaricdə, o cümlədən MDB ölkələrində almış şəxslər üçün əlavə olaraq, Komissiya tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin – diplomun) təsdiq edilmiş surəti – 2 nüsxə;
8.  Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilatın rəyi və həmin rəyin qəbul  olunduğu iclasın protokolu – 2 nüsxə;
Resenzentlərin yazılı rəyləri (hər birindən iki  nüsxə) və dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi yazılmış kompakt disklər;
Rəy kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarın protokolundan çıxarış şəklində tərtib edilir, təşkilat rəhbəri tərəfindən təsdiq olunur və ona təşkilatın möhürü vurulur.
Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.
9.  İddiaçının elmi-pedaqoji və istehsalat fəaliyyəti haqqında xasiyyətnamə – 1 nüsxə;
Xasiyyətnamə əsas iş yerindən verilir, təşkilatın (müəssisənin) rəhbəri tərəfindən imzalanır, gerbli möhürlə təsdiqlənib, tarix qoyulur.
10. Elmi rəhbərin (məsləhətçinin) rəyi – 2 nüsxə;
11. Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi və tədris-metodiki işlərin siyahısı (Əlavə 1.8), onların surətləri və elektron variant  (monoqrafiya özü təqdim olunur). Monoqrafiya və kitablar ayrıca qovluqda təqdim edilir.
12.   Şəxsiyyət vəsiqəsinin surəti