Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı icmal təqdim edilib. Bügünkü sayda AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının açılış mərasimi, Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 03 may 2024-cü il tarixli iclasında saat 14:00-da Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-ətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01-Analiz və […]

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” – BDU-da elmi konfrans

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb. Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Azərbaycan […]

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat  və Mexanika  İnstitutunda 11 iyun 2024-cü il tarixində İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2024 il may ayının 31-dək aşağıdaki sənədləri təqdim etməlidirlər: 1.Ərizə. 2.Şəxsiyyət vəsiqəsinin sürəti. 3.Elmi işlərin siyahısı. 4. Dissertasiya işinə aid 15 sual Sənədlər RMI -nun Təhsil […]

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” mövzusunda tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda tədbir keçirilib. İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri f.r.e.ü.f.d. Fuad Hümbətov, institutun rəhbərliyi və əməkdaşları iştirak edib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Prezident İlham Əliyevin […]