Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib


Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nazir çıxışında ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, ümummilli lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

Nazir 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib.

Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə elm və təhsil naziri tərəfindən medallar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

edu.gov.az

Faydalı linklər