05/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında f.r.e.d., prof. Aqil Xanməmmədov “Həyəcanlanmış Hill tənliyi üçün səpilmənin tərs məsələsi” mövzusunda məruzə etdi. Məruzədə həyəcanlanmış Hill tənliyi üçün səpilmənin tərs məsələsinin həlli barədə məlumat verilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
05/10/2022
12.10.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda çıxış edəcəkdir. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi, möhkələndirilmiş düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik lövhələrin sərbəst rəqsləri […]
03/10/2022
Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində akademik ingilis dili kursları təşkil edilir. İngilis dili sertifikatı olan və ya DİM-in dil imtahanlarından keçərək doktorantura və dissertanturaya qəbul olan əməkdaşlardan kursda iştirak etmək istəyənlər 07.10.2022-ci il tarixinədək Application formanı doldurmalıdır. Müsabiqədən uğurla keçənlər həftədə 2-3 dəfə ABŞ-dan olan müəllim tərəfindən keçirilən online […]
01/10/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında 21 oktyabr 2022-ci il tarixli saat 1100-da Sevinc Məmməd qızı Yusubovanın “Transversal-isotrop sferik örtük üçün elastikiyyət nəzəriyyəsinin bəzi statik və dinamik məsələləri” mövzusunda 2002.01- Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq […]
01/10/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 07 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-da f-r.e.n. Şərif Məmməd oğlu Nəsibovun “Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə elmlər doktoru dissertasiya işinin […]
30/09/2022
Bu gün Riyaziyyat və Mexanika İnstitutunda, Gəncə Dövlət Universitetinin kafedra müdiri dosent İlqar Cabbarovun “Исследования по кратным тригонометрическим интегралам” mövzusunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi. Müzakirədə institutun baş direktoru Misir Mərdanov, direktorun elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov, müdafiə şurasının elmi katibi dosent Əbdürrəhim Quliyev, “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi professor Məmməd Bayramoğlu, […]