Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

04 aprel 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun      ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın  “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması”  mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması […]

“Elm” qəzetinin növbəti sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb. Bundan əlavə, 27 mart – Azərbaycanda Elm Günü münasibətilə AMEA Rəyasət Heyətinin təbriki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi […]

ELAN

27 mart “ELM GÜNÜ” münasibətilə 8 aprel saat 12:00 – da AMEA Riyaziyyat və Mexanika İnstitutunda  seminar keçiriləcəkdir. Seminarda İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvi, professor Misir Mərdanov “Nüfuzlu elmi jurnalllara məqalə hazırlamağın yolları” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilər. Gənc alim və mütəxəssislər şurası © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

ELAN

AMEA RMİ-nın “Diferensial tənliklər”, “Funksional analiz” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 08 aprel 2022-ci il tarixli iclasında  saat 1400-da f.-r.e.n. Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların  və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və fizika-riyaziyyat üzrə fəlsəfə […]

ELAN

06 aprel 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında RMİ-nin “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri vəzifəsini yerinə yetirən mexanika elmləri doktoru, baş elmi işçi, dosent Abbasov E.M. «İstilik keçirməni nəzərə alaraq  lay- boru kəmər sistemində maye-qazın hərəkəti» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Qaldırıcı boruda qaz-maye qarışığı axını ilə onu əhatə edən ətraf […]