Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

02 dekabr saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Nigar Azad qızı Qədirlinin “Bəzi sinif diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]

ELAN

10 dekabr (cümə günü) saat 12.00-da “Cəbr və riyazi məntiq” şöbəsüinin növbəti seminarı keçiriləcək. MÖVZU: Nəsirəddin Tusinin “Evklidin şərhi” (Təhriri-Öqlidis)  əsəri haqqında. Məruzə Nəsirəddin Tusinin “Evklidin şərhi” əsərindəki qeydlərinə və Tusinin bu əsərdə həndəsə elminə gətirdiyi yeniklərə həsr edilmişdir. MƏRUZƏÇİ:   Əli Babayev © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.04​ dissertasiya şurasında 10 dekabr 2021-ci il tarixində saat 14:00-da Quliyeva Sevinc Bakir qızının “СВОЙСТВА СОБСТВЕННЫХ ФУНКЦИЙ ДИФФЕРЕНЦИАЛЬНОГО УРАВНЕНИЯ, СООТВЕТСТВУЮЩЕГО ПОПЕРЕЧНЫМ КОЛЕБАНИЯМ СТЕРЖНЯ ПОД ДЕЙСТВИЕМ ОСЕВЫХ И СЛЕДЯЩИХ СИЛ” mövzusunda 1211.01- Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. İclasa qoşulmaq üçün https://us02web.zoom.us/j/82601162672?pwd=dzdCY2lLZXFmZ2ZReUowQzBoS3dOZz09 […]

BDU-nun dosenti Hümbət Kazım oğlu Musayev “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında BDU-nun dosenti Hümbət Kazım oğlu Musayev “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Banax qiymətli fəzalarda konvolution operator-diferensial tənliklərin maksimal requlyarlığını təmin edən şərtlər araşdırılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar

Kimyaterapiya xərçəng xəstəliyinin bir çox növünü uğurla müalicə etməyə imkan verir. Dərman preparatlarının birbaşa xərçəng hüceyrələrinə çatdırılması öz növbəsində kimyaterapiyanın orqanizmə yüklənmə səviyyəsini aşağı sala bilərdi. Çinli alimlər  apardıqları bu yeni təcrübənin nəticələrini təqdim ediblər. Həmin təcrübələr çərçivəsində onlar orqanizmin lazımi yerlərinə dərmanların mikroskopik miqdarlarını çatdıra bilən mikrobotlar yaradıblar. Kiçik obyektlərlə qarşılıqlı əlaqədə ola bilən 100 mikrometr ölçülü robotlar əvvəllər də yaradılıb. […]

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun “Qeyri-harmonik analiz”, “Siqnalların emalının riyazi problemləri” və “Riyazi fizika tənlikləri” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.