Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun “Funksiyalar nəzəriyyəsi” və  “Diferensial tənliklər” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Professor Lətif Xəlil oğlu Talıblı “İrsi xassəli cismlərin vibrasiya yüklənmələrində möhkəmlik nəzəriyyəsinin qurulmasının bir mümkün halı” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “İrsi xassəli cismlərin vibrasiya yüklənmələrində möhkəmlik nəzəriyyəsinin qurulmasının bir mümkün halı” mövzusunda məruzə etdi. Cismin vibrasiya yüklənmələrində yüklənmənin tezliyini, maksimal səviyyəsini, maksimal və minimal səviyyələrinin fərqini xarakterizə edənüç funksional daxil edilir. Bu funksionallardan […]

AMEA Riyaziyyat və Mexanika İnstitutu və Federal Dövlət Büdcə Tədris Müəssisəsi olan “Akademik Petrovski İ.Q. adına Bryansk Dövlət Universiteti” arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının İnstitut və təşkilatlarının beynəlxalq əməkdaşlıq təcrübəsində, elmi-texniki tədqiqatların qarşılıqlı koordinasiyası, birgə elmi-tədqiqat işləri, elmi-informasiya, elmi dövri nəşrlərin və materialların mübadiləsi, mütəxəssislərin qarşılıqlı elmi ezamiyyətləri, innovasiya texnologiyalarının mübadiləsi, beynəlxalq və regional təşkilatların elmi-texniki proqramlara yardımı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Cəbr və Məntiq” şöbəsinin baş elmi işçisi prof. Ramiz Aslanovun beynəlxalq […]

Alimlər insan beyninin 3D çipə kopyalama üsulunu təklif ediblər

Böyük texnoloji şirkətlərin və alimlərin əksəriyyəti insan beyninin iş prinsipini imitasiya etməyi bacaran neyromorf elektronik cihazların yaradılması üzərində çalışır. Bəziləri insan beynini çiplə təchiz edir ki, koqnitiv bacarıqlarını itirmiş pasientə onları geri qaytarsınlar və pasienti əlavə bacarıqlarla təchiz etsinlər. Samsung şirkətinin və Harvard Universitetinin alimləri tərəfindən təklif olunmuş yeni texnologiyanın əsasında neyron bağlantılarının yerlərini və güclərini təyin edən nanoelektron massiv dayanır. Mütəxəssislər əmindirlər ki, […]

ELAN

Abşeron (07.12-21.12—150AZN), Abşeron (15.12-29.12 — 150AZN), Günəşli (17.12-31.12—150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun «Riyazi analiz»  şöbəsinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.