Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dalğa dinamikasi şöbəsi


Dalga_dinamikasi

Struktur bölmənin rəhbəri: Nazilə Bilal qızı Rəsuiova
Fizika-riyaziyyat elmləri doktoru, dosent
Tel: (+994 12) 4938314, (+994 50) 6240818
E-mail: [email protected] [email protected]
İşçilərin ümumi sayı: 7
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Deformasiya olunan bərk cisimlərdə (izotrop və anizotrop və qeyri bircins) dalğaların yayılma hadisəsinin tədqiqi. Zərbə və dağılma məsələləri. Yeni həll metodlarının yaradılması.
Struktur bölmənin əsas elmi nəticələri: İp, membran və torların dinamikası nəzəriyyəsi yaradılmış, çevik rabitələrdə dalğa hadisəsinin eksperimental tədqiqi metodları və materialların dinamik xassələrinin təyin edilməsi üsulları işlənib hazırlanmışdır. Zərbə və konstruksiya elementlərinin dağılmasına dair, o cümlədən mürəkkəb strukturlu materiallar üçün, çoxlu sayda bir və çoxölçülü məsələlər həll edilmişdir. Dünya elmi praktikasında ilk hesab oluna biləcək bir neçə nəzəri və eksperimental işlər yalnız bu şöbədə həll edilmişdir. Bu  işlər aşağıdakılardır:

  1. Düzbucaqlı prizmalarda qeyri-stasionar dalğaların yayılması hadisəsi dəqiq, üçölçülü nəzəriyyə bazasında tədqiq edilmış və uyğun analitik həllər alınmışdır;
  2. dinamik dağılma hadisəsi də həmçinin ilk dəfə olaraq, eyni xətt üzərində olmayan, müxtəlif istiqamətli dağılmalar üçün nəzəri və eksperimental olaraq tədqiq edilmiş və real nəticələr alınmışdır;
  3.  maye və elastiki mühitlə doldurulmuş silindrik və sferik örtüklərin bütöv mühitdə stasionar və qeyri stasinar hərəkətləri tədqiq olunmuş, bu kontruksiyaların məxsusi tezliklərinin yeni təyin  metodu işlənmiş və bir çox hal üçün həyata keşirilmişdir;
  4. qeyri dairəvi lövhə və membranın hərəkətləri, tamamilə yeni metodlarla işlənmiş və müstəvi dinamika məsələsinin həlləri   kompleks dəyişənli analitik funksiyalar üçün sərhəd məsələlərinin həllinə gətirilmiş və bir çox həllər tapılmışdır.
  5. Üçölçülü elastikodinamika məsələlərinin ümumi həll tapılması üçün tamamilə yeni həll medodu işlənmiş, və indiyə qədər həlli mümkün olmayan bir çox məsələlərin həlli dünya elmi ictimaiyyətinə təqdim olunmuşdur.
  6. Dalğa tənliyinin, müstəvi hərəkət üçün, indiyə qədər məlum olmayan, yeni (-1) tərtibli bircins həlli kəşf edilmişdir ki bu da bir çox məsələlərin həllini mümkün edir.
Əsas elmi nəticələrə aid çap olunmuş çox mühüm işlər aşağıda qeyd olunmuşdur.
  • Nəşrlər – 2021
  • Nəşrlər – 2020
  • Nəşrlər – 2019
  • Nəşrlər – 2018
  • Nəşrlər – 2017
  • Nəşrlər – 2016
  • Nəşrlər – 2015
  • Nəşrlər – 2014
  • Агаларов Дж.Г., Муталлимов Ш.М.О соударений гибкой связи и тела конечной массы. Механика твердого тела. Москва 1974, №4
  • Агаларов Дж.Г., Муталлимов Ш.М. Нормальный удар конусом по нелинейно-упругой мембране. Прикладная механика. Киев 1974,т.10,вып.5
  • Агаларов Дж.Г., Рахматуллин Х.А., Нуриев Б.Р.  Удар конусом по деформируемой нити. Прикладная математика и механика. Москва 1981,т.45,№2
  • Расулова Н.Б. Распространение волн в призматическом брусе подверженном действии осевых сил. Изв. АН РФ, журн. «Механика твердого тела», 1997, №6, с.171-176
  • Rasulova N.B. On dynamic of bar of rectangular cross section. Trans. of ASME, Journal of Appl. v.68, July, 2001, p.662-666
  • Mammadova G.A. Determination of mowing of cylindrical inclusion with elastically – fixed mass in elastic medium.  Proc. of Ins. of Math. And Mech.NAS of Azerb. – 2002.vol. 17(25) –p.150-153
  • Rustamova M.A. Tension of a rectangular net fastened from two adjacent sides,  Proceedings of Institute of Mathematics and Mechanics of NAS of Azerbaijan, v. XVI (XXIV), 2002, р.156-160
  • Rasulova N.B. The Propagation of Star-Shaped Brittle Cracks Trans. of ASME, Journal of Appl. v. 77, July 2010, p. 044502-1 to 044502-5
  • Дж.Г.Агаларов, Мамедова Г.А., Е.А.Тахери.  Исследование свободных колебаний упруго-закрепленных и в промежутке заполненными жидкостью концентрических цилиндров Азярбайжан Техники Университети, Елми Ясярляр Фундаментал Елмляр, №2, жилд ХI(42), Баку-2012,с.102-107
  • Сейфуллаев А. И.,Мамедова Г.А. Рустамова М. А. Юзбашиева А.О. Анализ свободных колебаний тонкостенных цилиндрических оболочек содержащих сжимаемую жидкость//Инженерно-физический журнал, Том.85, №6, 2012. Минск
  • Ахундов М.Б., Сейфуллаев А.И., Гасанова Л.А. Прогнозирование длительной прочности при циклическом нагружении Азярбайжан Техники Университети, Елми Ясярляр Фундаментал Елмляр, №1, жилд ХI(41), Баку-2012
  • D. Zamanov, T.R. Suleymanov «Dynamical strained condition of a bi-la­­yer plate on a rigid foundation» //  XVII İnternational Conference Mechanics of Com­posite Materials May 28 – June 1, 2012 p.233, Riga, Latvia.
  • D. Zamanov, S.A. Gahramanov «Beam bending with consideration of cor­ro­sion wear» // XVII International Conference Mechanics of Composite Ma­te­rials May 28 – June 1, 2012 p.234, Riga, Latvia.
  • B.Rasulova. A metod for solving self similar problems in membrane dynamics. Journal of Applied Mathematics and Mechanics. 77(6), 916-921, 2013.
  • B.Rasulova, G.R.Shamilova. Stress wave propagation in a rectangular bar. Mechanics of Solids.51,494-500, 2016.
  • B.Rasulova, M.B.Rasulov. A new class of homogeneous solutions for plane elastodynamic problems. Mechanics of Solids. 55(7), 1057-1061.
Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər