Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Maye və qaz mexanikasi şöbəsi


Maye_ve_qaz_mexanikasi

Struktur bölmənin rəhbəri: Qeylani Minhac oğlu Pənahov
AMEA-nın mübir üzvi, texnika elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Professor
Tel: (99412) 5390221
E-mail: [email protected], [email protected]
İşçilərin ümumi sayi: 6
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Maye və qaz mexanikası şöbəsi, hidroqazdinamika və neftmədən mexanikası problemlərini həll etmək üçün bir istiqamət olaraq Riyaziyyat və Mexanika İnstitutunun tərkibində fəaliyyət göstərir. Şöbənin fəaliyyəti, maye və qaz mexanikası problemi üzrə nəzəri, eksperimental və təcrübi-sənaye işlərinin yerinə yetirilməsi ilə əlaqədardır. Şöbədə fəaliyyət göstərən əməkdaşlar neftqazçıxarmada riyazi statistika, heterogen maye, qaz və dispers sistemlərin axın və süzülmələrində qeyri stasionar proseslər, riyazi modelləşdirmə, əməliyyatların tədqiqi və s. bu kimi istiqamətlərdə tədqiqatlar aparmaqla bərabər, enerjiyə və resurslara qənaətlə əlaqədar effektiv texnologiyaların yaradılmasını müvəffəqiyyətlə həll edirlər.
Struktur bölmənin əsas elmi nəticələri: Ağır, parafinli neftlərə fiziki sahələrin təsiri tədqiq olunmuş və göstərilmişdir ki, qeyri-Nyuton neftlərə təzyiqlə təsir etdikdə həcmi – struktur və üst qat dəyişilmələri kimi birgə effektlər meydana çıxır ki, bunlar da paramaqnit və elektrokinetik xüsusiyyətlərlə büruzə olunurlar.
Neftveriminin texnoloji proseslərində fraktal strukturların yaranmasını təyin edən diaqnostik üsullar işlənib hazırlanmış, bu strukturların əmələ gəlməsi və tənzimlənməsinin nəzəri və praktiki həlləri verilmişdir.
Reoloji mürəkkəb, qeyri müntəzəm sistemlərin boru və məsaməli mühitdə hidrodinamikası, və bu mühitlərdə qeyri xətti dalğaların paylanması tədqiq olunmuşdur.
Boru və məsaməli mühitlərdə müxtəlif maye axınlarında elektrokinetik proseslər tədqiq olunmuş, elektroözlülük effektinin olması göstərilmiş, dispers sistemlərdə kvaziperiodik və xaotik rəqslər nəzəri olaraq əsaslandırılmışdır.
Mayelərdə özlü-elastiki xüsusiyyətlər, onların eksperimental və MDH (maye dinamikasının hesabatı) tədqiq olunmuş, reoloji parametrləri tənzimlənən yeni sinif kompozit sistemlər yaradılmışdır. Belə sistemlər Rusiya federasiyasının Surqut, Nijnevartovsk, Perm, Lanqepas şəhərinin (Qərbi Sibir) bir çox neftqazçıxarma idarələrində yüksək təzyiqli qaz xətlərin su, kondensat və başqa mexaniki qarışıqlardan təmizlənməsində ümumi uzunluqlu 300 km-dən çox olan müxtəlif diametrli borularda, Şimali Qafqazda 273 km uzunluqlu “Qroznı-Budenovsk” benzin kəmərində, Azərbaycanda bütün dəniz neftqazçıxarma idarələrində qaz xətlərin təmizlənməsində müvəffəqiyyətlə istifadə olunmuş və indi də istifadə olunmaqdadır (N. Nərimanov adına, Abşeronneft, Neft Daşları, Qum Adası NQÇİ-lərdə). Bu tərkiblər həmçinin ABŞ Meksika körfəzində, Almetyevsk şəh. (Rusiya Federasiyası) qazılan neft quyularında müxtəlif mayeləri ayırmaq üçün istifadə olunmuşdur.
Bunlardan əlavə reoloji parametrləri tənzimlənən bu kompozit sistemlər Rusiya Federasiyasında LUKOIL və TNŞ-nin bir çox yataqların böyük qaz faktorlu 100-dən artıq quyusunda istifadə edilmişdir.
Qeyri-Nyuton mayelərin axınlarında və süzülmələrində keçid proseslər, süzülmə prosesinə fiziki sahələrin təsiri, sıxışdırma prosesinin riyazi modelləşdirilməsi və s. bu kimi nəzəri və eksperimental işlər neftqaz mexanikasında bir çox yeni yaxınlaşmalar üçün əsas olmuş və bir çox qabaqcıl texnologiyaların yaradılmasına zəmin yaratmışdır. Burada fraktal strukturun inkişafında, sərhəddə yaranan fluktuasiyanın lokal təzyiq vasitəsi ilə tənzimlənməsinin mümkünlüyü göstərilmiş və yeni texnoloji üsul işlənib hazırlamışdır.
Məsaməli lay mühitlərində yüksək keçiricilikli kanallarda sədd yaradaraq süzülmədə əhatə dairəsinin genişləndirmək məqsədi ilə laydaxili kvaziperiodik köpük yaratmasının nəzəri və praktiki əsasları işlənib hazırlamışdır.
Neft yataqlarında sıxışdırmada istifadə olunan qeyri tarazlıq və eynifazalı halı tənzimləyən fazadəyişilməsinə nail olunmuş və ünvanlı təsir üsul təklif edilmişdir. Bu istiqamətdə yaradılan texnologiyalar lay verimini artırmaq məqsədi ilə AzNEFT İstehsalat Birliyinin Binəqədi yatağında, Qərbi Sibirdə Tyumen neft Şirkətinin, AB1-3, AB4-5, BV¬8, BV10, ЮВ10, ЮВ11 laylarının 100-dən çox quyusunda, LUKOİL və Slavneft şirkətlərinin 10-larla quyusunda, Çin Xalq Respublikası “Cyunyuan-Sinopek” Neft Şirkətinin 20 vurucu və 50 istismar quyusunda, “CNOOC” Neft Şirkətinin Bohai Bay dəniz neft yatağının, “Petrochina” Neft Şirkəti Jidong neft yatağında 5 vurucu quyusunda və həmçinin ABŞ Oklahoma ştatının 3 su vurucu quyusunda həyata keçirilmişdir.
Heterogen sistemlərdə qaz əlavələri olduqda onlarda yaranan bəzi struktur dəyişilmələri və mühitdə adsorbsiya prosesinə təsir etməyin mümkünlüyü göstərilmişdir.
Dispers sistemlərdə qaz qabarcıqları ilə bir yerdə deformasiya olunan mayenin dinamikası məsələsinə baxılaraq onun həlləri verilmişdir. Qaz-maye sistemlərinin geniş eksperimental və nəzəri tədqiqatları əsasında tam yeni effekt – təzyiq doyma təzyiqindən yüksək olduqda mayedə qaz mikrohissəciklərin yaranması, sıxışdırmada effektivliyinin 1,5-2 dəfəyə qədər artmasına gətirdiyi təsdiq olunmuşdur.
Qaz yataqlarında gilli laylarda adsorbsiya olunmuş qazın, işlənmənin istənilən mərhələsində desorbsiyasının təmin edilməsinin mümkünlüyü göstərilmişdir.
Layda sıxışdırmada neftin və suyun özlülüklərinin və xüsusi çəkilərinin laydaxilində yaranan «nəm» karbon qazı vasitəsi ilə tənzimlənə bilən təzə effektiv texnoloji həll verilmişdir.
Deformasiya olunan borularda yerləşən ikifazalı barotrop mayedə dalğa məsələlərinə baxılmış və bir sıra həllər alınmışdır.
Laydan neftin su ilə sıxışdırılması prosesinin effektivliyinin artırılması məqsədi ilə kapilyar təzyiq müqavimətini dəf etməyə imkan verən periodik dəyişən hidrodinamik təzyiqin yaradılmasının elmi əsaslandırılmış texnoloji üsulu təklif edilmişdir.
Qeyribircins məsaməli mühitlərdə neftin sıxışdırılmasında axında olan maye ilə immobil zonada olan durğun neftin “sürünmə” effekti ilə çıxarılması əsaslandırılmış və bu neftin hərəkət etdirilməsini yazmaq üçün “yağlanma” nəzəriyyəsinin tənliklərindən istifadə edilərək çıxan maye miqdarı üçün ifadə alınmışdır.
Çoxfazalı flüidlərin süzülmə və axınlarında qeyri stasionar halların yaranmasına elektrokinetik göstəricilərin təsirləri tədqiq olunmuş, özlülükləri yaxın olan mayelərdə elektrikkeçiricilikdə fərqin yaranmasının sıxışdırmada müntəzəmliyinin pozulmasına gətirib çıxarıldığı təsdiq olunmuşdur.
Temperatur dəyişmələrin maye-qaz sistemlərində qaz ayırılmalarında mikroqaz mərkəzlərin və qabarcıqlarının yaranması, onların parçalanması, koalessensiyası və s., təzyiq dəyişilmələlərinin isə, yüksək tezlikli dalğa dəyişilmələrinə gətirdiyi müəyyən edilərək, bunların axınlara təsirləri əsaslandırılmışdır.
Heterogen karbohidrogen mayelərdə özlülükdə anomallığın olması, belə mayelərdə ilkin gərginliklərdə özlülüyün azalma və çoxalmasının eyni zamanda baş verdiyi qeyd olunmuş, bunun kinetikası yazılaraq həlli verilmişdir.
Mayedən qazın, boru ilə kontaktında temperaturalar fərqindən ayrıldığı və onun hidravliki müqavimətlərə təsirləri tədqiq olunmuş və göstərilmişdir ki, neftin boru ilə kontaktdakı temperaturlar fərqinin minimal qiymətində borunun buraxma qabiliyyətinin maksimal olunması əsaslandırılmışdır.
Şöbənin əməkdaşları 55-dən artıq Rusiya Federasiyası, Azərbaycan Respublikası və Avrasiya patentlərini və 6 elmi qrant almışdır.
Əməkdaşlardan bir nəfəri AMEA-nın Fəxri Fərmanı, iki nəfəri RTEA-nın təsis etdiyi V. Vernadski adına gümüş medalı, bir nəfəri akademik Azad Mirzəcanzadə adına gümüş medalı ilə təltif olunmuşdur.
«Maye və qaz mexanikası» şöbəsində bir sıra beynəlxalq və ölkədaxili elmi qrantlar həyata keçirilib:
  1. 2004 – 2006 – ANSF və CRDF tərəfindən elan olunmuş birgə qrant proqram çərçivəsində «Neftçıxarma sənayesində istifadə olunan özlü-elastik kompozit sistemlərin reoloji xassələrin və nəql xüsusiyyətlərin eksperimental və CFD tədqiqi» layihəsi həyata keçirilmişdir.
  2. 2005 – 2007 – ABŞ Energetika Nazirliyi tərəfindən 2005-ci ildə elan olunmuş müsabiqə çərçivisində «Neftin qalan ehtiyatlarının laydaxili qazəmələgətirmə ilə çıxarılması texnologiyası» mövzusu üzrə «Nyu Meksiko Dağ Mədən Sənaye və Texnologiyaları İnstitutu» (ABŞ) və Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu arasında elmi-tədqiqat işlərin aparılması üçün DE-FC26-05-NT15478 qrantı alınmışdır.
  3. 2007 – 2008 – Azərbaycan Milli Elm Fondu (AMEF) və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) Biznes Əməkdaşlığı Proqramı (BPG) çərçivəsində «Qaz əmələgətirən reagentlər vasitəsi ilə neft veriminin artırılması texnologiyası» mövzusunda elmi qrant alınmışdır. Qrant üzrə ilk üç mərhələyə aid elmi-tədqiqat və mədən işləri başa çatdırılmışdır.
  4. 2010 – MTİF və AMEF tərəfindən elan edilmiş Birgə Elmi Qrant Proqramı çərçivəsində «Karbohidrogenlərin yüngül fraksiyaların buxarlanmasının qarşısının alınması üçün yeni yanaşma» mövzusunda layihə hazırlanmış, buna qrant alınmışdır.
  5. 2011-2012 AEİF tərəfindən elan edilmiş Elmi Qrant Proqramı çərçivəsində «Mineral tullantılardan istifadə etməklə parnik effekti riskinin azaldılması və neftqazçıxarmada fraktal strukturların tənzimlənməsi metodlarının işlənməsi» mövzusu üzrə qrant alınmışdır.
«Maye və qaz mexanikası» şöbənin mühüm təsərrüfat əhəmiyyəti olan elmi ixtiralar:

Təklifin adı

Təklifin məqsədi

Təklifin mahiyyəti

Patentlə qorunma

Tətbiq sahəsi

Laydaxili qazəmələ gətirmə texnologiyası

Neft yataqlarında neftveriminin artırılması

Texnologiya suda həll olunan qazyaradan kimyəvi reagentlərdən istifadə etməklə laydaxilində qaz-maye sistemi yaratmaq və yuyulmuş kanalları bağlayaraq neft qalıqlarının laydan çıxarılması effektivliyinin artırılmasından ibarətdir.

RF 2123105, 2244110 №№-li patentləri ilə qorunur

Neft-çıxarma sənayesi

Boru kəmərlərin müxtəlif yığımlardan təmizlənməsi

Neft və qaz borularının müxtəlif yığımlardan təmizlənməsi və nəql prosesləri effektivliyinin artırılması

Özlü-elastiki tərkib ilə mədən daxili və maqistral qaz və neft boruların müxtəlif yığımlardan – kondensat, su, mexaniki qarışılıqlardan təmizlənməsi və nəql əməliyyatların effektivliyinin artırlıması

RF 2174879-№-li patenti ilə qorunur

Neft-çıxarma sənayesi

Lay suyunun selektiv təcrid olunması texnologiyası

Neftçıxarma məhsuldarlığının artırılması

Sulaşmış laylarda baryer yaratmaqla məhsulda suyun miqdarını azaltmaq

Azərbaycan Respublikası İ 990231 №-li patenti,

RF-nın 2145379 və 2183727 №-li patentləri ilə qorunur

Neft-çıxarma sənayesi

Karbohidrogen mayeləri saxlandıqda buxarlanmaların qarşısının alınması

Karbohidrogen məhsulların saxlandıqda buxarlanması itkilərin azaldılması

Neft rezervuarlarında karbohidrogen məhsulların saxlandıqda zamanı xüsusi ponton istifadə etməklə doldurma-boşaldma əməliyyatlarında məhsul itkilərinin və ətraf mühitin çirkləndirməsinin qarşısının alanması

RF 2176978 №-li patenti ilə qorunur

Neft-çıxarma və neftkimya sənayesi

Qazımada məhlul udulmalarının qarşısının alınması

Neft quyularında qazıma zamanı udulma zonasında özlü-elastiki kompozit baryerin yaradılması ilə udulmanın qarşısını almaq.

RF 2123107 №-li patenti ilə qorunur

Neft-çıxarma sənayesi

Problemlərə uyğun çapdan çıxmış əsərlər:
  • Nəşrlər – 2021
  • Nəşrlər – 2020
  • Nəşrlər – 2019
  • Nəşrlər – 2018
  • Nəşrlər – 2017
  • Nəşrlər – 2016
  • Nəşrlər – 2015
  • Nəşrlər – 2014
  • Шахвердиев А.Х., Панахов Г.М., Renqi Jiang, Аббасов Э.М., Денисов А.В. Эффективность реогазохимической технологии ПНП на основе внутрипластовой генерации СО2 (опыт применения на месторождениях КНР) // Вестник РАЕН, №4, 2012. – С. 73-81.
  • Panahov G.M., Abbasov E.M., Agayeva G.R., Aliyev G.A., Rasulova S.R. Systems bed stimulation on the basis of natural gas generating minerals // Azerbaijan Oil Industry Journal (International issue), №2, 2012. – pp. 20-25.
  • Мандрик И.Э., Панахов Г.М., Шахвердиев А.Х. Научно-методические и технологические основы оптимизации процесса повышения нефтеотдачи пластов, M.: изд-во «Нефтяное хозяйство», 2010. – 288 с.
  • Шахвердиев А.Х., Панахов Г.М., Аббасов Э.М., Аббасов Г.М., Абдoлнасер Омрани Газодинамическая десорбция газа в условиях внутрипластовой генерации диоксида углерода // Вестник РАЕН, №1, 2010. –  С.25-28.
  • Panahov Q.M., Abbasov N.M. Numerical modeling of a problem on radial spread of variable viscosity oil spill // ANAS Transactions, Issue mathematics and mechanics. Series of Physical-Technical and Mathematical Science, XXVII, 2007, Baku, p.217-220.
  • Bakhtiyarov S. I., Panahov G.M., Shakhverdiyev А.Kh., Abbasov E. M. Volume and Pressure Measurements in Oil Recovery by In-Situ Gas Generation // International Journal of Manufacturing Science and Technology, Vol. 1, No. 1, June 2007. –  pp. 1-11.
  • Bakhtiyarov S.I., Panakhov G.M., Shakhverdiyev A.Kh., Abbasov E.M. Oil Recovery by In-Situ Gas Generation: Volume and Pressure Measurements, ASME Joint U.S.-European Fluids Engineering Summer Meeting, Miami, FL, July 17-20, 2006, Paper # FEDSM2006-983596.
  • Панахов Г.М., Аббасов Э.М., Шахвердиев А.Х., Мандрик И.Э., Бахтияров И.С. Интегративная эффективность воздействия на пласт при внутрипластовой генерации газа // Нефтяное Хозяйство, №11, 2006, Москва.
  • Panahov Q.M., Abbasov A.N. Modelling process of water-oil mixture demulsifation in deep-well pump Transactions of NAS of Azerbaijan, Issue Mathematics and Mechanics series of Physical-Technical and Mathematical Sciences, №7, 2005.
  • Panahov G.M., Shakhverdiev A.Kh. Rheochemical Technologies for Stimulation of Oil Production // Istvan Lakatos (ed): Novelities in Enhanced Oil and Gas Recovery – Progress in Mining and Oil Chemistry / Akademiai Kiado, Budapest, 2000, Vol.2.
  • Panahov G.M., Shakhverdiev A.Kh. et al. New In-Situ Carbon Dioxide Generating Enhance Oil Recovery Technology Proceedings of 10th European Symposium on Improved Oil Recovery, 18-20 August 1999, Brighton, UK, p. 106.
  • Abbasov E.M., Bakhtiyarov S.I., Abbasov E.M. Kinetics Of Gas Generation In Water Solutions Transactions of AMEA, issue Mathematics and Mechanics series of physical-technical & mathematical sciences of Institute of Mathematics and Mechanics, XXIV, Baku, 2006, p.239-246
  • Амензаде Р.Ю. О распространении малых возмущений в вязко-упругой жидкости, заключенной в многослойную вязко-упругую трубку // Журнал «Известия ВУЗов. Сер. Авиационная техника», г. Казань, 2009.
  • Amenzadeh R.Yu., Pənahov G.M., Abbasov E.M. Wave in an elastic tube of variable cross section with a two-phase viscous fluid flows // International Conference “Continuum mechanics and related problems of analysis” dedicated to the 120-th birthday anniversary of academician N.Muskhelishvili, Georgia, Tbilisi, September 9-14, 2011.
  • Ахундов М.Б., Эминзаде С.Д. Вынужденные колебания упругого и вязкоупругого стержней, контактирующих со средой, обладающей свойством саморегуляции // Вестник БГУ, 2011, № 2.
  • Эфендиева А.О. и др. Нестационарная плоско-радиальная фильтрация в зонально-неоднородном пласте //Инженерно-физический журнал. Том.78, №6, 2005, c. 89-92.
Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər