Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Tətbiqi Riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadənin 55 yaşı münasibətilə təbrik edirik!


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Hətəm qızı Mirzəzadənin 55 yaşı tamam olur.Əziz və hörmətli İradə xanım! Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kollektivi və şəxsən öz adımdan Sizi anadan olmanızın 55-illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.

Mirzəzadə İradə Hətəm qızı 11 avqust 1964-cü ildə Azərbaycan Respublikasında Bakı şəhərində anadan оlmuşdur.1981-ci ildə Yasamal rayonu 20-saylı orta məktəbini bitirmişdirş. 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Maşın qayırma” fakultəsinə daхil оlmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur. 2008-ci ildə Milli Elmlər Akademiyasının “Riyaziyyat və Meхanika” İnstitutunda dissertant təyin olunmuşdur.2014-cü ildə “Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin izlənməsi(dəm qazı timsalında)” mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 14 oktyabr 2016-cı il tarixli(Protokol№21-k) qərarı ilə sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adı verilmişdir. AMEA-nın Riyaziyyat və Mexanika institutunda 1985-ci ildən böyük mühəndis, mühəndis-proqramlaşdırıcı, elmi işçi, böyük elmi işçi işləyib. 01.04.2017-ci ildən “Tətbiqi riyaziyyat” şöbəsində aparıcı elmi işçi işləyir.

Hal-hazırda İradə xanım RMİ-nin HİK-nin sədr vəzifəsində çalışır. Onun 45 elmi işi nüfuzlu jurnallarda çapdan çıxmışdır.
İnstitutun kollektivi İradə xanımı 55 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər