
25/01/2017
Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın Nizamnaməsini, AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin əmr və sərəncamlarını və özünün Nizamnaməni rəhbər rəhbər tutaraq, illik tədbirlər planı əsasında fəaliyyət göstərir.
İctimai birliyin fəaliyyət strategiyasına elmin təbliği və təşviqı, innovativ layihələrin koordinasiyası, regionlarla iş, beynəlxalq əməkdaşlıq, elmi ictimai tədbirlərin keçirilməsi, elmi nəşrlər, AMEA-nın nəzdində olan təşkilatlarda fəaliyyət göstərən yerli şuraların fəaliyyətinin mütəmadi monitorinqi və ictimai əlaqələr daxildir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının tərkibi:
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi:
Sədr – r.ü.f.d., dos. Famil Əlizadə oğlu Seyfullayev
Sədr müavini – m.ü.f.d. Emin Telman oğlu Bağırov
Məsul katib – Quliyeva Aida Ağagül qızı
Üzvlər
r.ü.f.d. Fətai Abdulhəmid oğlu İsayev
r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova
r.ü.f.d., dos. Şəmsiyyə Əhliman qızı Muradova
r.ü.f.d. Aygün Tofiq qızı Orucova
m.ü.f.d. Elməddin Hüseyn oğlu Şahbəndiyev
Pərviz Tofiq oğlu Müseybli
Aytən Hafiz qızı Mövsümova
Gülqayıt Aydin qızı Dadaşova
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.