Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

20 Yanvar: Müstəqilliyin qanla yazılan dastanı

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Bu qanlı hadisələr xalqımıza qarşı aparılan sistemli təzyiq və repressiya siyasətinin bariz nümunəsi olmaqla yanaşı, milli iradəni sındırmaq və cəmiyyətdə qorxu mühiti yaratmaq məqsədi daşıyırdı. XX əsr boyunca Azərbaycan xalqı bu cür planlı təzyiq və repressiyalarla dəfələrlə üzləşib. 20 […]

“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Elm Fondu (AEF) tərəfindən keçirilmiş “İlin Alimi-2025” mükafat müsabiqəsi üzrə təqdim olunmuş elmi işlərin qəbul və elmi ekspertiza mərhələsi başa çatıb. Bu barədə AzərTac-a AEF-dən bildirilib. Müsabiqə çərçivəsində təqdim edilmiş elmi işlər Azərbaycan Elm Fondunun daimi və müstəqil ekspertləri tərəfindən beynəlxalq qiymətləndirmə meyarları əsasında obyektiv və şəffaf şəkildə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, müsabiqə üzrə maliyyələşdirilməsi […]

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. X X X 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq […]

Wikipedia 25 yaşında: Könüllülərin yaratdığı qlobal bilik imperiyası

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Wikipedia bu gün 25 yaşını qeyd edir. 15 yanvar 2001-ci ildə cəmi 100 məqalə ilə fəaliyyətə başlayan platforma bu gün 65 milyondan çox məqalə və ayda təxminən 15 milyard baxış sayı ilə dünyanın ən böyük onlayn bilik mənbələrindən birinə çevrilib. Yubiley münasibətilə Wikimedia Foundation dünyanın müxtəlif ölkələrindən olan […]

Kyungpook Milli Universitetində qonaq alim kimi tədris imkanı

Koreya Respublikasının Kyungpook Milli Universiteti “Visiting Scholars” (Qonaq alimlər) proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir. Proqram qonaq alimlərə bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələrə müvafiq fənlərin onlayn formatda tədrisinə imkan yaradır. Seçilən namizədlər 1 ay müddətində universitetin onlayn tədris prosesinə qoşulacaq, həmçinin Kyungpook Milli Universitetinin akademik təcrübəsi ilə yaxından tanış olmaq fürsəti əldə […]

Süni intellekt jurnalistikada yeni mərhələyə keçir

Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt texnologiyaları son illərdə redaksiyalarda sınaq məqsədilə istifadə edilsə də, onların gündəlik jurnalist fəaliyyətinə tam inteqrasiyası hələ geniş yayılmayıb. Bu istiqamətdə ciddi addım atan Symbolic.ai startapı Rupert Merdoka məxsus media holdinqi News Corp ilə mühüm əməkdaşlıq razılaşması imzalayıb. Razılaşmaya əsasən, News Corp maliyyə xəbərlərinin əsas mərkəzlərindən biri olan […]

Faydalı linklər