13/03/2026
Ötən il elmi müəssisələr və təşkilatlar tərəfindən dəyəri 230 milyon manatdan çox iş yerinə yetirilib ki, onun təxminən 98 faizini elmi-texniki işlər təşkil edib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Hesabata əsasən, yerinə yetirilmiş elmi-texniki işlərin 61,5 faizini fundamental tədqiqatlar, 11,2 faizini tətbiqi […]
13/03/2026
“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayı 2025-ci ildə əhəmiyyətli artım göstərib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Bildirilib ki, sözügedən bazada 2023-cü ildə 2 924, 2024-cü ildə 4 684 olan nəşrlərin sayı 2025-ci il […]
13/03/2026
18 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Diferensial tənliklər” laboratoriyasının müdiri f-r.e.d., professor Fərman Məmmədov “2-ci tərtib kvazixətti elliptik tənliklər üçün Dirixle məsələsinin güclü həll oluna bilməsi haqqında” mövzusunda məruzə edəcək. Seminar Riyaziyyat İnstitutunun akt zalında keçiriləcək (5-ci mərtəbə) © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
12/03/2026
10 minə yaxın ədəbiyyat xadimi süni intellekt texnologiyalarının onların yaradıcılıq nümunələrindən qanunsuz şəkildə istifadə etməsinə qarşı çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Məlumata görə, Kazuo Ishiguro, Richard Osman, Mick Herron və Philippa Gregory kimi populyar yazıçılar da bu hərəkata qoşulublar. Aksiya çərçivəsində müəlliflər içərisində yalnız adları qeyd olunan, vərəqləri […]
12/03/2026
2022-ci ilin sonlarında “ChatGPT 3.5” ortaya çıxdıqdan sonra generativ süni intellekt cəmiyyət üçün həm maraq, həm də narahatlıq mənbəyinə çevrildi. Daha çox insan bu texnologiyadan istifadə etməyə başladıqca, onun psixi sağlamlığa mümkün zərərləri haqqında xəbərlər də ortaya çıxmağa başladı. Bu narahatlıqlara çatbotların intihar riskini artıra bilməsi və ya sayıqlamaları (delusiyaları) gücləndirməsi kimi ehtimallar daxildir. Tədqiqatçılar […]
11/03/2026
Məruzə hamar sərhədli məhdud oblastlarda simmetrik fəzaların normaları ilə törənən Banax-Sobolev fəzalarında II tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həll olunmasına həsr edilmişdir. Həll olunma güclü mənada başa düşülür. Xüsusi halda bircins uyğun məsələnin trivial həllinin varlığından qeyri-bircins məsələnin də həllinin varlığı alınır. Müəyyən şərtlər daxilində baxılan məsələnin Banax-Sobolev fəzalarında həll olunmasına ekvivalent olduğu göstərilib. […]