Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


19.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda məruzə edəcək-dir.

Statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasında “almost convergence” adı altında daxil edilmişdir. Statistik yığılma anlayışı isə Fast və  Şteynqauz tərəfindən verilmişdir.  Sonralar bu anlayış müxtəlif istiqamətlərdə ümumiləşdirilmişdir. Statistik yığılma riyaziyyatın ədədlər nəzəriyyəsi, cəmləmə nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, yaxınlaşma  nəzəriyyəsi, fuzzy nəzəriyyəsi və s. kimi  müxtəlif sahələrində tətbiqlərə malikdir.  Yaxınlaşma nəzəriyyəsində statistik yığılma ilk dəfə akademik A. Hacıyev tərəfindən tətbiq edilmişdir və bu istiqamət riyazi aləmdə hələ də güclü inkişafdadır  və onun adı ilə  bağlıdır. Statistik fundamentallıq anlayışı Fridy məxsusdur və o, statistik fundamentallığın ədədi ardıcıllıqlara nəzərən statistik yığılmaya ekvivalentliyini isbat etmişdir. Sonralar stat-yığılma anlayışı   digər topoloji strukturlara köçürülmüş və anlayışın özü müxtəlif anlamlarda  ümumiləşdirilmişdir. Maio, Kostirkonun işlərində stat-yığılmanı ümumiləşdirənI-yığılma, I*-yığılmaya baxılmışdır. Onlar  isbat etmişlər ki, müntəzəm fəzalarda  I-yığılmadan  I-funda-mentallıq alınır və tərs  hökmün doğruluğu haqqında sual qarşıya qoymuşlar.  Bizim məruzə bu tip məsələlərə həsr olunmuşdur. Müəyyən filtirin doğurduğu  -yığılma anlayışı daxil edilmişdir. -fundamentallıq təyin edilmiş və onun metrikləşə bilən müntəzəm fəzalarda   -yığılmaya ekvivalentliyi isbat edilmişdir. Statistik yığılma haqqında bir çox nəticələr bu hala ümumiləşdirilir.

Faydalı linklər