Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş “Riyaziyyatın və Astronomiyanın Tarixi, Mövcud Durumu və Gələcəyə Baxiş” mövzusunda beynəlxalq konfrans.10-12 sentyabr, 2014, Bakı, Azərbaycan.
KONFRANS HAQQINDA
Bu il ensiklopedik alim Nəsirəddin Tusinin vəfatından 740 il keçir. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin qərarı ilə, Riyaziyyat və Mexanika İnstitutu, Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Azərbaycan Universiteti dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirəcəkdir.
Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir.
Konfransda Tusi yaradıcılığının müxtəlif sahələrinə, xüsusilə riyaziyyat, astronomiya, məntiqin tarixinə aid məruzələr ediləcək.
MÖVZULAR
- Riyaziyyatın və məntiqin tarixi.
- Astronomiyanın tarixi.
- Nəsirəddin Tusi dövründə orta əsr şərq elmi və mədəniyyəti.
- Riyaziyyat və astronomiyanın mövcud durumu və gələcəyə baxış.
MÜHÜM TARİXLƏR
- Məqalələrin qəbulu və qeydiyyatı – 15.04.2014 – 15.07.2014.
- Konfransın açılışı: – 10.09.2014, 11 : 00
- Parametrlər: 1-8 səh, Microsoft Word, Times New Roman, şrift-14, interval- 1,5.
KONFRANSIN KEÇİRİLƏCƏYI YER
- Konfransın açılışı AMEA Rəyasət Heyətinin böyük zalında Bakı ş., İstiqlaliyyət küç., 10.
- 1,3, 4-cü seksiyalar Azərbaycan Universitetində, 2-ci seksiya isə Bakıdan 150 km məsafədə, Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi – Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcəkdir.
QEYDİYYAT FORMASI
Soyadı, adı ______________________________________________________
İşlədiyi təşkilat, ünvan ___________________________________________
Elmi dərəcəsi _____________________________________________________
Məruzənin adı_____________________________________________________
Əlaqə telefonu ____________________________________________________
E-mail ____________________________________________________________
Otelə ehtiyac varmı? ________________________________________________
ƏLAQƏ
+994125396960 ,+994503030310
ali_babaev@ inbox.ru