24/04/2014
Seminarda mövzu üzrə “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın Şahbazov məruzə etdi.
Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə fəal surətlə araşdırıldığını qeyd etdi. Məruzdə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə spektral xassələr üçün meyarlardan danışıldı.