30/04/2014
Seminarda “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman Məmmədov məruzə edib.
Məruzə dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunub. Həmin istiqamətdəki işlər JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap edilib. Nəticə 2014-də AAA jurnalında çapa qəbul olunub.