Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


07.05.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Texas Texniki Universitetinin Elektrik və Kompyuter mühəndisliyi şöbəsinin Tətbiqi proqnozlaşdırma  laboratoriyasının direktoru, professor  Hamed Sair-Sarraf “Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusunda məruzə edəcəkdir.

Bu məruzə texniki proqnozlaşdırma və onun tarixinə girişlə başlayacaq. Sonra Texas Texniki Universitetinin Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib  hazırlanmış bir sıra seçilmiş proyektlər açıqlanacaq. Bu seçilmiş proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, tibbi diagnostika kimi sahələrdə müxtəlif tətbiqlərini  nümayiş etdirir. Hər bir proyekt təqdim edilərkən texniki proqnozlaşdırma sahələrinin inkişafında əhəmiyyətli rol oynamış riyazi anlayışlara  xüsusi diqqət  verilir.
Məruzə, texniki proqnozlaşdırma sahəsini və onun gələcək potensialını qiymətləndirilməyə, bu sahənin texniki cətinliklərini nəzərə alaraq qarşılıqlı əməkdaşlıq  şəraitində coxsahəli tədqiqat işlərində iştirak  etməyə  təşviq edəcək.

Faydalı linklər