Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.05.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d, prof. Cəfər Həsənağa oğlu Ağalarov “Sıxma dərəcəsi dəyişən daxili yanma mühərrikləri” mövzusunda məruzə edəcəkdir.

 Son illərdə dəyişən dərəcəli daxili yanma mühərriklərinin axtarışı aktual forma almışdır. Belə ki, bu sahədə bir sıra patentlər alınmışdır (6.039.011A*3/2000 Agalarov et/al__123/51AA).  Lakin elə güman etmək olar ki, bu sahədə uğurlar yoxdur, çünki, bu sahədə istehsal yoxdur. Sıxılma dərəcəsinin dəyişməsinin tənzimlənməsi praktikada mühüm əhəmiyyət kəsb edir. Bunlardan bir neçəsini qeyd edək: sürətin artması hesabına sıxılma dərəcəsini artırmaq olar, bu isə  öz növbəsində  yanacağın sərfinin azalmasına gətirir.

Təklif olunan konstruksiyaların tənzimlənməsi dirsəkli valların fazasının dəyişməsinə gətirir.

Valın nisbi fazasının dəyişməsi üçün mərkəzəqaçma requlyatoru təklif edilmişdir.

Requlyator özünü satelitlərində ekssentrik kütlə olan epitsiklik mexanizm kimi təqdim edir.

Təklif olunan requlyatorun əhəmiyyəti böyük qüvvələri ötürə bilən sotelitin dönməsində  ikiqat effekt verir. Bundan başqa  requlyator dempfir saxlamaqla qapalı qutuda yerləşdirilir. Sonuncu həmçinin dirsəkli vallarda dəyişən qüvvələrin təsiri altında rezonans və avtorəqslərdə mühüm əhəmiyyət kəsb edir.

Requlyatorun dinamikasının hesabatı aparılmışdır. Requlyator özünü sərbəstlik dərəcəsi iki olan sistem kimi aparır.

Requlyatorun hərəkət tənlikləri Laqranjın ikinci sira tənliklərindən alınmışdır. Bu tənliklər özünü adi qeyri xətti tənliklər kimi aparmaqla ədədi üsullarla həll olunur.

Faydalı linklər