Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş çəkili Morri fəzalarında klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş çəkili Morri fəzalarında klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, prof. Vaqif Quliyev mövzu üzrə əldə etdiyi nəticələri dinləyicilər ilə bölüşüb.
Məruzə ümumiləşmiş çəkili Morri fəzalarında həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral operatorların məhdudluğu məsələlərinə həsr olunub. Alınmış nəticələr elliptik və parabolik tip tənliklərin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı və aprior qiymətləndirilməsi məsələlərinə tətbiq edilmişdir.