24/09/2014
Sentyabrın 24-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri – monoton yüklənmələrdə plastikliyin və möhkəmliyin xüsusi nəzəriyyələri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f.r.e.d., prof. Lətif Talıblı məruzə edib.
Məruzə cisimlərin qeyri monoton yüklənmələrində keyfiyyətcə yeni plastiklik və möhkəmlik nəzəriyyələrinin işlənməsinə həsr edilib. Bu nəzəriyyələr çərçivəsində ümumi qeyri – monoton yüklənmələrdə plastiklik nəzəriyyəsinin yeni təyinedici tənlikləri qurulmuş, təyinedici tənliklərə daxil edilmiş material funksiyalarının və sabitlərin tapılmasına imkan verən sadə təcrübələr sistemi göstərilmişdir, plastiklik nəzəriyyəsi məsələsinin yeni riyazi qoyuluşu verilmiş,bu məsələnin həll üsulları işlənmişdir, qeyri – monoton yüklənmələrdə elastikiplastik cisimlərin zədələnmə prosesinin kinetik tənliyi qurulmuşdur, zədələnmə və dağılma şərtləri çıxarılmışdır.