03/12/2015
04.12.2015 tarixində BDU-nun “Riyazi analiz” kafedrasının aspirantı “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Hilbert nüvəli sinqulyar inteqral tənliklərin yeni konstruktiv həll üsulu” mövzusunda məruzə edəcəkdir. Məruzə kvadratı ilə cəmlənən funksiyalar fəzasında Hilbert nüvəli tam xətti sinqulyar inteqral tənlik üçün yeni təqribi həll üsulunun qurulmasına və əsaslandırılmasına həsr olunub. Bu konstruktiv həll üsulunda sinqulyar inteqral operator özünün əsas xassələrini saxlayan operatorlarla approksimasiya olunur ki, bu da bizə aşağıdakı üstünlükləri verir: ciddi elliptiklik şərti götürülür; bu üsulda yığılma nöqteyi nəzərincə daha dəqiq qiymətləndirmələr alınır; bu üsulda xətti cəbri tənliklər sisteminin həlli prosesində təqribi həll aşkar şəkildə tapılır və sinqulyar inteqral tənliyin həllinin a priori məlum xassələrini saxlayır.