Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


09.12.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı, texnika elmləri namizədi Elxan Abbasov “QUYULARDA SÜZÜLMƏ PROSESİNİN İNTEQRAL MODEL-LƏŞDİRİLMƏSİ” mövzusunda məruzə edəcəkdir.
İşdə lay-quyu sisteminin inteqral-riyazi modeli qurulmuşdur və boru divarının keçiriciliyi nəzərə alınmaqla quyularda maye süzülməsi üçün ikiölçülü sərhəd məsələsi həll edilmişdir. Quyunun məhsuldarlığını və süzgəcin hündürlüyünü təyin etməyə imkan verən düsturlar alınmışdır.
Məsaməli mühitdə mayenin keçirici borudan keçməklə hərəkətinə və borunun daxilindən quyunun ağzına qədər və daha sonrakı hərəkətinə vahid sistem kimi baxılmışdır.