Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


27.01.2016-cı il tarixində “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında şöbənin doktorantı Nargül Qurbanova “TƏNLİYİN ÖZÜNƏ VƏ SƏRHƏD ŞƏRTLƏRİNƏ SPEKTRAL PARAMETER DAXİL OLAN İKİNCİ TƏRTİB ELLİPTİK DİFERENSİAL-OPERATOR TƏNLİK ÜÇÜN BİR SƏRHƏD MƏSƏLƏSİNİN HƏLL OLUNMASI MƏSƏLƏSİ” adlı məruzə ilə çıxış edəcək.
İşdə spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün H Hilbert fəzasında elə sərhəd məsələsinə baxılır ki, sərhəd şərtlərinin birində spektral parametrlə yanaşı, həm də məhdud operator iştirak edir. Həll üçün koersitiv olmayan qiymətləndirmə alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.