Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib


“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı
22.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı elmi seminarı keçirilib. İlk öncə seminarda görkəmli riyaziyyatçı alim, prof. Ə.Ş. Həbibzadənin 100 illik yubileyi ilə əlaqədar olaraq əziz xatirəsi yad edildi. Alimin şərəfli həyatından söhbət açıldı. Sonra “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Nadir Süleymanov “Evolyusyon tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda məruzə edib.
Məruzədə diskret spektrli psevdo-diferensial operatorları özündə saxlayan evolyusyon tənliklərin həlli üçün Viman-Valiron tipli qiymətləndirmələri haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.