Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir


05.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirildi. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Morri-Lorentz fəzalarında maximal operator və Kalderon-Ziqmund operatorlarının məhdudluğu” mövzusunda məruzə etdi.
Məruzədə Morri-Lorentz fəzalarında maximal operator və Kalderon-Ziqmund operatorlarının məhdudluğu müzakirə olundu. Sonda bəzi tətbiqlər verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.