Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal idarəetmə” şöbəsinin “HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ” mövzusunda üçüncü seminarı keçirilib


11.02.2016-cı il saat 11.00-da “Optimal idarəetmə” şöbəsinin üçüncü seminarı keçirilib. Seminarda BDU-nun professoru Hamlet Quliyev “HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ” mövzusunda məruzə edib.
Məruzədə əvvəlcə paylanmış parametrli optimal idarəetmə məsələlərinin yaranma tarixi şərh edilib. Sonra isə vəziyyəti qeyri-lokal şərtli zəif qeyri- xətti hiperbolik tənliklə təsvir olunan optimal idarəetmə məsələsi üçün Pontryaginin maksimum prinsipi şəklində zəruri şərtin alınması göstərilib. Optimal idarəetmə metodları Puasson tənliyi üçün qeyri-korrekt Koşi-Dirixle məsələsinə tətbiq edilərək məsələnin qeyri-korektliyinin səbəbləri müəyyən olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.