Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında BDU-nun aspirantı Elmin Ağalar oğlu Ağayev məruzə edib


12.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının aspirantı Elmin Ağalar oğlu Ağayev “Dördüncü tərtib diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə etmişdir.
Məruzədə dördüncü tərtib tam requlyar Şturm sistemlərinin məxsusi və qoşulmuş funksiyalarının alt fəzalarının strukturu və məxsusi funksiyalarının ossilyasiya xassələrinin tədqiqi haqqında danışılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.