Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal idarəetmə” şöbəsinin  “HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ” mövzusunda dördüncü seminarı keçiriləcək


25.02.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Hamlet Quliyev «HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edəcəkdir.
Məruzədə əvvəlcə üçüncü sərhəd şərtli xətti hiperbolik tənliklər üçün idarəetmə məsələsi tədqiq ediləcəkdir. Sonra isə çubuğun əyilmə-burulma rəqsləri ilə bağlı optimal idarəetmə məsələsinə baxılacaq, inteqral bərabərsizliyi şəklində optimallıq üçün zəruri və kafi şərt veriləcəkdir. Simin rəqsləri tənliyində kiçik həddin əmsalının təyin edilməsi məsələsi optimal idarəetmə məsələsinə gətiriləcək və optimal idarəetmə nəzəriyyəsi metodları ilə araşdırılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.