22/02/2016
19.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev “0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x) (Ω) fəzasında sıxlığı və bu fəzada kompaktlıq məsələsi” mövzusunda məruzə etmişdir.
Məruzədə 0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x)(Ω) fəzasında sıxlığı və bu fəzadan götürülmüş alt çoxluğun Riss-Kolmoqorov mənada kompaktlığı haqqında danışılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.