Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

«HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda  «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçirilib


25.02.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçirilib. Seminarda BDU-nun professoru Hamlet Quliyev «HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edib.
Məruzədə əvvəlcə üçüncü sərhəd şərtli xətti hiperbolik tənliklər üçün idarəetmə məsələsi tədqiq edilib. Sonra isə çubuğun əyilmə-burulma rəqsləri ilə bağlı optimal idarəetmə məsələsinə baxılıb, inteqral bərabərsizliyi şəklində optimallıq üçün zəruri və kafi şərt verilib. Simin rəqsləri tənliyində kiçik həddin əmsalının təyin edilməsi məsələsi optimal idarəetmə məsələsinə gətirilib və optimal idarəetmə nəzəriyyəsi metodları ilə araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.