Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov məruzə edəcəkdir


11.03.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və Riss potensialı” mövzusunda məruzə edəcəkdir.
Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiyaya baxılacaq və onun Lp – məhdudluğu haqda məlumat veriləcəkdir. Riss-Qeqenbauer potensialı daxil edilir və onun inteqral ifadəsi tapılır. Baxılan potensial üçün Sobolev tipli teorem isbat olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.