11/03/2016
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və Riss potensialı” mövzusunda məruzə edib.
Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və onun -məhdudluğu haqda məlumat verilib. Riss-Qeqenbauer potensialı daxil edilir və onun inteqral ifadəsi tapılır. Baxılan potensial üçün Sobolev tipli teorem isbat olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.